Məhəmməd Salah İngiltərədə titul qoymadı – Foto

Məhəmməd Salah İngiltərədə titul qoymadı – Foto
Futbol
13 May 2018 - 15:57
İngiltərə Premyer Liqasında 2017-2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Supersport.Az xəbər verir ki, Məhəmməd Salah İngiltərədə növbəti fərdi mükafatını qazanıb. Bu ada "Liverpul"un misirli yarımmüdafiəçisi layiq görülüb. M.Salah xüsusi ekspert qrupu, Premyer Liqa klublarının kapitanları və azarkeşləri arasında keçirilən səsvermədə "Mançester Yunayted"dən David de Xea, "Tottenhem"dən Harri Keyn, "Mançester Siti"dən Kevin de Bröyne, Rahim Sterlinq və "Börnli"dən Ceyms Tarkovskini qabaqlayıb.

Qeyd edək ki, bu mövsüm "Liverpul"un heyətində ümumilikdə 50 oyuna çıxan 25 yaşlı futbolçu 44 qol vurub və 15 məhsuldar ötürmə edib.

Digər xəbərlər