Rusların qənimi idmançımız Avropa Kubokunu qazandı

Rusların qənimi idmançımız Avropa Kubokunu qazandı
Digər, Cüdo
16 Aprel 2018 - 10:03
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avropa Kuboku yarışının ilk günündə gənc cüdoçularımız 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar.

55 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün rəqiblərini məğlub edərək çempion olub. Rusiya idmançıları İsa Elsixanov və Şaxzod Amonova qalib gələn Rövşən yarımfinala yüksəlib. Bu mərhələdə daha bir rusiyalı Timur Uyanayevi mübarizədən kənarlaşdıran idmançımız həlledici görüşə vəsiqə qazanıb. Rövşən finalda yığmadakı komanda yoldaşı Balabəy Ağayevlə üz-üzə gəlib və ardıcıl 4-cü qələbəylə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Balabəy Ağayev (55 kq), Ramilə Əliyeva (48 kq), Yaşar Nəcəfov (60 kq) gümüş medal əldə edib. Əhməd Yusifov (60 kq) və Gültac Məmmədəliyeva Sankt-Peterburqda bürünc medala layiq görülüb.

Qeyd edək ki, Avropa Kuboku yarışında qitənin 17 ölkəsindən 259 cüdoçu mübarizə aparır.

Digər xəbərlər