Taekvondoçularımız üçün öncə lisenziya turniri, sonra dünya birinciliyi

Taekvondoçularımız üçün öncə lisenziya turniri, sonra dünya birinciliyi
Digər, Taekvondo
04 Aprel 2018 - 09:34
Supersport.Az xəbər verir ki, gənclərdən ibarət Olimpiya yığma komandamız və gənc milli yığma komandamız növbəti mötəbər yarışda iştirak edəcək. Tunisin Hammamet şəhərində ilk olaraq lisenziya yarışları, bir gün fasilədən sonra dünya birinciliyi keçiriləcək. Argentinada baş tutcaq gənclərin Olimpiyadasına lisenziya turnirində 6, dünya birinciliyində isə 10 idmançımız medallar uğrunda mübarizə aparacaq.

İlk olaraq 6-7 aprel tarixlərində lisenziya yarışları, 9-13 aprel tarixlərində isə dünya birinciliyi keçiriləcək. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyk etdiyi heyətdə milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, beynəlxalq dərəcəli hakim Ramal Jamalov artıq Tunisə yollanıb.


120 ölkədən 962 gənc taekvondoçunun qatılacağı yarışlarda məşqçilər heyəti lisenziya yarışlarında Bəhruz Quluzadə (-48 kq), Xanoğlan Kərimov (-55 kq), Cavad Ağayev (-63 kq), Minayə Əkbərova (-44 kq), Sevda Pirsetidova (-49 kq) və Sahar Karghara şans verəcək.

Bir gün fasilədən sonra startı veriləcək dünya birinciliyində isə -45 kq çəki dərəcəsində Nihat Abbasov, Yaşar Məmmədli (-48 kq), Bəhruz Quluzadə (-48 kq), Xanoğlan Kərimov (-51 kq), Ayaz Qənbərli (-55 kq), Cavad Ağayev (-63 kq), Taleh Süleymanov (-73 kq), Minayə Əkbərova (-44 kq), Sevda Pirseyidova (-49 kq), Sahar Karghar (-52 kq) ölkəmizi təmsil edəcək.

Digər xəbərlər