2026-cı il Qış Olimpiadasını təşkil etmək istəyən ölkələr

2026-cı il Qış Olimpiadasını təşkil etmək istəyən ölkələr
Digər, Qış Olimpiya
03 Aprel 2018 - 19:01
2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyən Milli Olimpiya komitələrinin siyahısı açıqlanıb.

Supersport.Az Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytına istinadən xəbər verir ki, yarışların təşkili üçün yeddi ölkə quruma rəsmi müraciət edib.

Avstriya (Qrats)

Kanada (Kalqari)

Yaponiya (Sapporo)

İsveç (Stokholm)

İsveçrə (Syon)

Türkiyə (Ərzurum) və İtaliya (Milan, Turin və ya Kortina-dAmpetso) Olimpiadanı keçirmək üçün namizədliyini irəli sürüb.

2026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək şəhər IOC-nin gələn ilin sentyabrında keçiriləcək sessiyasında seçiləcək.

Digər xəbərlər