Yığmamızı slovak hakim uduzdurdu - Foto-Video

Yığmamızı slovak hakim uduzdurdu - Foto-Video
Futbol, Video, Foto
28 Mart 2018 - 01:18




Supersport.Az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununda səfərdə İrlandiya seçmə komandasıyla qarşılaşmada ədalətsızlik səbəbindən məğlub olub.

Bu oyuna qədər hesabında cəmi 1 xal olan millimiz qrupun aşkar autsayderi idi. İrlandiya yığması isə 10 xalla ikinci pillədə qərarlaşmışdı. Bu komandalar arasında keçən il Bakıda baş tutmuş görüş 3:1 hesabıyla rəqibin xeyrinə başa çatmışdı.

Dublin şəhərindəki "Tallaqt" stadionunda keçirilən oyunda Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız rəqibinə güclü müqavimət göstərib. Qarşılaşmada baş referi Filip Qlova irlandiyalıların qələbə qazanması üçün əlindən gələni edib. UEFA-nın saytında slovak hakimin oyunun əsas vaxtına 5 dəqiqə əlavə etdiyi göstərilib. Buna baxmayaraq, referi matçın başa çatmasını uzadıb və nəticədə meydan sahibləri 90+9-da fərqlənərək qələbə qazanıblar. Bu fakt onu göstərir ki, yığmamızı hakim uduzdurub.


U-21 Avropa çempionatının seçmə mərhələsi: 5-ci qrup

27 mart

22:30 İrlandiya - Azərbaycan 1-0 

Qol: Şon Donnellan 90+9

Hakimlər: Filip Glova, Peter Kovaç, Jan Pozor, Pavol Chmura (hamısı Slovakiya)
Dublin. "Tallaqt" stadionu

Digər xəbərlər