"Çelsi"nin 500 milyonluq planı - ev sahibi razı salındı

"Çelsi"nin 500 milyonluq planı - ev sahibi razı salındı
Futbol
17 Mart 2018 - 01:08
Supersport.Az-ın məlumatına görə, "Çelsi" 500 milyon avro dəyərində yeni 60 min yerlik stadionunun inşa etdirməsinə mane olan problemi həll edib.

Məsələ burasındadır ki, "Krostveyt ailəsi", idman qurğusunun evinin günəş işığını kəsməsinə etirazını bildirərək, klubun 1 milyonluq təklifini rədd edərək, 20 milyon funt-sterlinq tələb etmişdi. "Çelsi"dən məhkəməyə şikayət olunmuşdu.

Hazırda təqaüddə olan 69 yaşlı bank əməkdaşı Nikolas Krostveyt 50 ildir bu evdə yaşadığını əsas gətirərək belə demişdi:
"Yeni stadion evimin ən azı 5 otağının günəş işığını kəsəcək. Mən, həyat yoldaşım və uşaqlarım bunu qəbul edə bilmərik".


İngiltərə mətbuatı, uzun danışıqlardan sonra tərəflərin razılaşdığı haqda məlumat yaysa da, anlaşmanın detallarının gizli saxlanıldığını qeyd edib.

Digər xəbərlər