Arda Turan klubundan ayrıla bilər

Arda Turan klubundan ayrıla bilər
Futbol
11 Mart 2018 - 13:01
Supersport.Az-ın məlumatına görə, "Barselona"dan Arda Turanı icarəyə götürən "Başakşehir" üçün xoşagəlməz xəbər yayılıb.

İspaniya mətbuatı Kataloniya klubunun "Atletiko"lu Antuan Qrizmanı transfer etmək istədiyi və bəzi futbolçularını  satacağını qeyd edib.

Mövsümün əvəvlində transferə 436 milyon avro xərcləyən "Barsa", fransız futbolçunu almaq üçün 100 milyon əldə etmək məqsədilə bu addımı atmaq istəyir.

"Barselona" Rafinya, Pako Alkaser, Denis Suares, Arda Turan, Andre Qomes və Aleksis Vidalı satmağı planlaşdırıb.

 

 

Digər xəbərlər