Azərbaycanda iki futbol məşqçisinə fəxri ad verildi

Azərbaycanda iki futbol məşqçisinə fəxri ad verildi
Digər
05 Mart 2018 - 22:20
Supersport.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Milli Olimpiya Komitəsində 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib.

Nazir Azad Rəhimov tədbirdə çıxış edərək əlamətdar gün münasibətilə idman ictimaiyyətinin nümayəndələrinə təbriklərini çatdırıb. Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsinin ölkəmizin idman tarixində əlamətdar hadisə olduğunu bildirib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğının gələcəkdə bu sahədə yeni qələbələrə zəmin yaratdığını qeyd edib.

Sonra Azad Rəhimov Əməkdar bədən tərbiyəsi və idman xadimi, basketbol üzrə əməkdar məşqçi Elxan Əliyevi 70 illik yubileyi münasibətilə təbrik edib. E.Əliyev onun fəaliyyətinə verilən qiymətə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, tədbirdə 8 nəfərə respubika dərəcəli hakim, 9 nəfərə əməkdar idman ustası, 31 nəfərə əməkdar məşqçi, 16 nəfərə isə idman işçisi adı verilib. Mükafatçılar sırasında "Sabah" futbol klubunun baş məşqçisi, yeniyetmələr arasında Avropa çempionu Arif Əsədov və "Keşlə"nın U-19 futbol komandasının baş məşqçisi vəzifəsində çalışan Məqsəd Yaqubəliyev də yer alıb. Hər iki çalışdırıcıya əməkdar məşqçi fəxri adı verilib.

Bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olanlara isə diplomlar verilib.

Digər xəbərlər