Qadın həndbolçular arasında Azərbaycan çempionatı davam edir.
Supersport.Az xəbər verir ki, ölkə birinciliyində növbəti tura “Azərsu”–“Nur” matçı ilə start verilib. “ABU Arena”da keçirilən qarşılaşmadan əvvəl Respublika Narkoloji Mərkəzində baş verən yanğında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gözlənildiyi kimi gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüş 28:27 hesabı ilə “Azərsu” komandasının xeyrinə nəticələnib.