Mötəbər yarışda 6 taekvondoçumuz mübarizə aparacaq

Mötəbər yarışda 6 taekvondoçumuz mübarizə aparacaq
Digər, Taekvondo
01 Mart 2018 - 18:13
Bolqarıstanın paytaxtı Sofiya şəhərində növbəti beynəlxalq turnir keçiriləcək.

Supersport.Az-ın məlumatına görə, G1 kateqoriyalı yarışda iştirak etmək məqsədi ilə Bolqarıstana yollanan gənclərdən ibarət milli yığma komandamız ölkəmizi 6 taekvondoçu ilə təmsil edəcək.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov "Sofia Open" turnirində gənc taekvondoçulardan Bəhruz Quluzadə (-48 kq), Xanoğlan Kərimov (-51 kq), Ayaz Qənbərli (-55 kq) və Cavad Ağayevi (-63 kq) sınaqdan keçirəcək. Qızlardan isə Minayə Əkbərova (-44 kq) və Sevda Pirseyidova (-49 kq) medallar uğrunda mübarizə aparacaq. Yarış 3-4 mart tarixlərində baş tutacaq və qalib olan idmançı reytinq xallarına 10 xal əlavə edəcək.

Digər xəbərlər