Millimiz ispanlara uduzdu, portuqaliyalılara rəqib oldu

Millimiz ispanlara uduzdu, portuqaliyalılara rəqib oldu
Futzal
05 Fevral 2018 - 10:07

Supersport.Az-ın məlumatına görə, Sloveniyanın paytaxtı Lyublyanada futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edən Azərbaycan yığması qrupda son oyununu İspaniya millisinə qarşı keçirib. Rəqib komanda 1:0 hesabıyla qələbə qazanıb.


İspanlar ikiqat dünya, yeddiqat Avropa çempionudur və ən böyük qələbəsi erməniləri 2000-ci ilin fevralın 14-də darmadağın etdiyi oyundur: 31-2.


İlk oyunda Fransa yığmasına 5:3 hesabı ilə qalib gələn millimiz mübarizəni ¼ final mərhələsində davam etdirəcək. Komandamızın rəqibi Portuqaliya millisi olacaq. Fevralın 6-da keçiriləcək oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 21:00-da) başlayacaq.



Digər xəbərlər