Olimpiya çempionumuz medalsız qaldı

Olimpiya çempionumuz medalsız qaldı
Digər, Taekvondo
14 Yanvar 2018 - 20:13
Supersport.Az-ın məlumatına görə, Çin Xalq Respublikasının Usi şəhərində təşkil olunan "Grand Slam" seriya turniri taekvondoçularımız üçün başa çatıb.

Olimpiya çempionumuz Radik İsaev (+80 kq) ilk döyüşündə iranlı Səjjad Mərdaniyə məğlub olaraq yarışı erkən başa vurub. Yanvarın 6-da keçirilən yarışda Ayxan Tağızadə (-68 kq) də qarşılaşdığı ilk rəqibi Mirhəşim Hüseyini (iran) ilə döyüşdə xal hesabında irəlidə olsa da, sonda rəqib qələbə qazanıb. Turnirin ilk günü (30 dekabr 2017-ci il) isə 80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqani bürünc medala sahib olub.

Qeyd edək ki, ölkəmiz turnirə üç idmançı ilə qatılmışdı. 2017-ci il dekabırın 30-da startı verilən yarışlar 30 yanvar 2018-ci ildə başa çatacaq.

Digər xəbərlər