Türkiyədə Qüds ismarıcı: Məhv olsun İsrail! - Foto-Video

Türkiyədə Qüds ismarıcı: Məhv olsun İsrail! - Foto-Video
Futbol, Video, Foto
17 Dekabr 2017 - 21:03
 







Supersport.Az-ın məlumatına görə, Türkiyə çempionatının 16-cı turunun "Yeni Malatyaspor" - "Qalatasaray" oyununda möhtəşəm xoreoqrafiya nümayiş etdirilib.

Azarkeşlər "Məscidi-Aksa"nın şəklini göstərib, "Məhv, cəhənnəm olsun İsrail! Fələstinə müstəqillik! Qüds bizimdir, bizim qalacaq!" ismarıcını veriblər.

Fanatlar, İsrail əsgərlərinin gözlərini bağlayaraq həbs etdiyi və Qüdsdə etiraz səsini ucaldan 16 yaşlı fələstinli Fevzi Əl Cüneydiyə yer ayırıb. Xoreoqrafiya zamanı "Diriliş Ertuğrul" filminin musiqisi səslənib.

Azarkeşlər, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına kəskin etiraz bildiriblər.

Digər xəbərlər