Olimpiya çempionumuz ili lider kimi başa vurdu

Olimpiya çempionumuz ili lider kimi başa vurdu
Digər, Taekvondo
14 Dekabr 2017 - 11:11

Dünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini müəyyən edib.



Supersport.Az xəbər verir ki, Olimpiya çəkiləri üzrə açıqlanan ilk "onluğ"u idmançılarımız üçün uğurlu saymaq olar.

Bu dəfə siyahıda yığmamızın 3 taekvondoçusu yer alıb. Belə ki, Rio-2016-nın qalibi Radik İsayev +80 kq çəki dərəcəsində yenə də birincidir. O, 2,04 reytinq xalı itirsə də, mövqeyini əldən verməyib. Aktivində 435,66 xalı olan dünya və Avropa çempionumuz ən yaxın izləyicisi Abdul İssfu (Niger) 37,75 xal qabaqlayır.

Dünya çempionu Milad Beiqi Harçeqani (80 kq) də reytinqdə hamıdan öndədir. Liderliyini qoruyan Olimpiya mükafatçısı ikinci yerdə olan Şeyx Saleh Junior Sissedən (Fil Dişi Sahili) 30.22 xal irəlidədir – 469,86.

68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə də mövqeyini qoruyub. 7-ci sırada qalan həmvətənimiz 207,15 xala malikdir.

Qeyd edək ki, qadın taekvondoçuların reytinqində Azərbaycan millisinin üzvləri yer almayıblar.


Digər xəbərlər