"Atletiko"nun "Qarabağ"a görə itirdiyi vəsait

"Atletiko"nun "Qarabağ"a görə itirdiyi vəsait
Maqazin, Futbol
08 Dekabr 2017 - 00:56
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında "Qarabağ"ın da "Atletiko"dan xal qoparması ispan klubuna baha başa gəlib.

Madrid təmsilçisi qitənin bir nömrəli yarışında mübarizəni dayandırması səbəbindən milyonlar itirib.

Ötən mövsüm "Atletiko" 60 milyon avro qazanıb. Bu sezon məbləğ 16,2 milyon təşkil edib. Qrup mərhələsində iştirak üçün 12,7 milyon, qalan pullar qələbə və heç-heçəyə əsasən olub.

"As" qəzetinin hesablamasına görə, "Atletiko" hətta Avropa Liqasında uğurlu çıxış edərsə, 30 milyon avro itirəcək.

Qeyd edək ki, Çempionlar Liqasının "C" qrupunda mübarizə aparan İspaniya klubu 1 qələbə qazanıb, 4 heç-heçə edib, 1 oyunda məğlub olub. "Atletiko" evdə "Roma"nı məğlub edib (2:0), "Qarabağ"la iki oyunda (0:0, 1:1), "Roma"yla bir görüşdə (0:0), "Çelsi"ylə bir qarşılaşmada (1:1) bərabərliklə kifayətlənib. İspan klubu yeganə məğlubiyyətini İngiltərə çempionundan alıb - 1:2. "C" qrupunda 11 xalla ilk iki yeri bölüşdürən "Roma" və "Çelsi" növbəti mərhələyə adlayıb. "Atletiko" isə 7 xal toplayaraq bu yarışda mübarizəni dayandırsa da, Avroliqada iştirak edəcək.

 

Digər xəbərlər