Avropa Olimpiya Festivalı Bakıda keçiriləcək

Avropa Olimpiya Festivalı Bakıda keçiriləcək
Olimpiya, Digər
25 Noyabr 2017 - 18:45
Supersport.Az-ın məlumatına görə, bu gün Xorvatiyanın Zaqreb şəhərində Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2019-cu ildə keçiriləcək Yeniyetmələrin Avropa Olimpiya Festivalına Bakının ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi və təqdimatı keçirilib.

Mərasimdə müqaviləni gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AOK-un prezidenti Janez Koçijançiç və baş katib Rafael Paqnozzi imzalayıblar.

Həmçinin, tədbirdə təqdimat Azad Rəhimov və GİN-in Beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov tərəfindən keçirilib.

Digər xəbərlər