Şehiçə ağır cəza

Şehiçə ağır cəza
Futbol
22 Noyabr 2017 - 13:18
AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu İbrahim Şehiçi cəzalandırıb.

Supersport.Az-ın PFL-in saytına istinadən xəbər verir ki, o, Premyer Liqanın 12-ci turunda "Sumqayıt"a qarşı matçda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

Qeyd edək ki, həmin matçın 30-cu dəqiqəsində Şehiç rəqibi əli ilə vurub. Bu səbəbdən baş hakim İnqilab Məmmədov bosniyalı qapıçıya birbaşa qırmızı vərəqə göstərib.

Digər xəbərlər