"Rəhbərliyə söz vermişəm, bacarmasam, çıxıb gedəcəm"

"Rəhbərliyə söz vermişəm, bacarmasam, çıxıb gedəcəm"
Futbol
105
05 May 2024 - 19:49

Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 33-cü turunda "Zirə"yə məğlub olan "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov azarkeşlərin istefa tələbinə münasibət bildirib.

"Deyirdim ki, heç kim sakitləşməyib. Məğlubiyyət olanda üzə çıxacaqlar. "Turan Tovuz" mənə yad deyil, burada futbol oynamışam. Mənim yerimdə başqası olsa, yenə eyni problem yaranacaq. Bilmirəm, məndən niyə xoşları gəlmir. Keçən il deyirdilər ki, komanda az qol vurur. Bu il qol vururuq, yenə narazıdırlar. Rəhbərliyə söz vermişəm. Bacarmasam, çıxıb gedəcəm. Buradan yapışıb qalmamışam. Digər komandalar qədər pul xərcləməmişik. Komanda baxımlı futbol oynayır. Ən çox qol vuran ikinci komandayıq".

Digər xəbərlər