İki baş məşqçi millimizdən kənarlaşdırıldı

Futbol
15 Noyabr 2017 - 16:46
Supersport.Az-ın məlumatına görə, ölkəmizin iki yığmasının çalışdırıcıları vəzifədən çıxarılıb.
Bu gün AFFA-nın baş katib Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayevlə görüşüb.
Supersport.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Təbriz Həsənov U-19-un, Mirbağır İsayev isə U-17-nin Avropa çempionatının ilkin seçmə mərhələsində çıxışı ilə bağlı hesabat təqdim edib.
Hesabatların təqdimatından sonra qarşılıqlı razılıq əsasında hər iki baş məşçinin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunub.
U-19 və U-17 Azərbaycan yığmalarının baş məşqçisi vəzifəsinə təyinatlar ilin sonuna qədər müəyyənləşəcək.