"Roma"da zədə problemi

"Roma"da zədə problemi
Futbol
02 Noyabr 2017 - 20:23
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında "Çelsi"ni çökdürən "Roma" futbolçuları üç günlük istirahətin ardından məşqi bərpa edib.

Roma klubu "Fiorentina"yla səfər oyununun hazırlıına start verib.

"Çelsi" ilə qarşılaşmada xəsarət alan "Roma"nın 26 yaşlı müdafiəçi Alessandro Florensinin çempionat görüşündə iştirakı sual altındadır.

21 yaşlı hücumçu Patrik Şikin Roma derbisində meydana qayıdacağı gözlənilir.

"Roma"nın daha bir yeni futbolçusu - 26 yaşlı forvard Qrequar Defrel "Fiorentina"yla matçda iştirak edə bilər.  Fransız  futbolçu zədə səbəbindən "Çelsi" ilə oyunu buraxmışdı.

Bazar günü "Fiorentina" ilə keçiriləcək qarşılaşmaya "Roma"nın 2200 azarkeşinin yollanacağı bildirilir.

 

Digər xəbərlər