Mariya Şarapova uzun fasilədən sonra çempion oldu

Mariya Şarapova uzun fasilədən sonra çempion oldu
Tennis, Digər
15 Oktyabr 2017 - 18:36
Rusiyalı tennisçi Mariya Şarapova, Tianjin Açıq Tennis Turnirinin finalında belaruslu Arina Sabalenkaya qalib gələrək çempion olmağı bacarıb.

Supersport.Az xəbər verir ki, Çinin Tianjin şəhərində sərt kortda keçirilən turnirinin finalında Şarapova, dünya reytinqində 102-ci sırada yer alan Sabalenkayı 2 saat 5 dəqiqə davam edən mübarizənin ardından 7-5 və 7-6 lıq setlərlə 2-0 məğlub edib. Dünya sıralamasında 86-ci pillədə olan 30 yaşlı Şarapova, beləliklə 15 aylıq dopinq cəzasının ardından ilk dəfə bir turnirdə çempion olub.

Digər xəbərlər