Şumaxer "əriyir"

Şumaxer "əriyir"
Digər, Formula-1
07 Oktyabr 2017 - 18:12
Supersport.Az-ın məlumatına görə, tanınmış idmançı Mixael Şumaxerlə bağlı xoşagəlməz xəbər yayılıb.

"Formula-1" üzrə yeddiqat dünya çempionu xizəklə sürüşərkən qəzaya düşməsinin çətin günlərini keçirir.

Şumaxerin boyu 14 sm qısalıb, çəkisi 45 kq-a düşüb.

24 saat süni nəfəs cihazına bağlı olan çempion, daim həkim nəzarətindədir.

"Auto-bild"in xəbərində bildirilir ki, qəzadan əvvəl Şumaxerin boyu 174 sm olduğu halda, indi 160 sm-dir. Daha öncə Şumaxerin çəkisi 45 kq-a düşüb.

Ötən ay 48 yaşlı idmançının həyat yoldaşı Korinnanın müalicəsini ABŞ-da davam etdirməyə qərar verdiyi bildirilir.

Xatırladaq ki, Şumaxer 4 il əvvəl Fransada Alp dağlarında xizək sürərkən yıxılaraq ağır zədə alaraq komaya düşüb.

Digər xəbərlər