Berti Foqts AFFA rəhbərliyinə lağ etdi: "Siz özünüzü ağıllı hesab edirsiniz?"

Berti Foqts AFFA rəhbərliyinə lağ etdi: "Siz özünüzü ağıllı hesab edirsiniz?"
Futbol
07 Oktyabr 2017 - 16:19
Supersport.Az-ın məlumatına görə, AFFA rəhbərliyinin sevimli məşqçisi Berti Foqts qurumu kəskin tənqid edib.

"Almaniya növbəti qələbəsini qazanacaq. Buna heç bir şübhəniz olmasın. Azərbaycanla bağlı deyəcəyim xüsusi bir şey yoxdur. Onların San Marino üzərində qələbədən sonra başları giccələndi. Ancaq soruşmaq lazımdır: Siz özünüzü ağıllı hesab edirsiniz? İkinci yer üçün şansınız yoxdur. Lakin məncə, Azərbaycan futbolu doğru yoldadır və maraqlı futbolçuları var, hansı ki, ikinci bundesliqanın yaxşı klublarında oynaya bilərlər. Ancaq bildiyim bir şey var ki, azərbaycanlılar güləşdə və şahmatda daha yaxşıdırlar" deyə, alman mütəxəssis t-online.de saytına belə açıqlama verib.

 

Digər xəbərlər