Joze Mourinyo adına prospekt

Joze Mourinyo adına prospekt
Futbol
05 Oktyabr 2017 - 21:43


Portuqaliyanın Setubal şəhərində prospektlərdən birinə "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun adı verilib.

Supersport.Az-ın xəbərinə görə, portuqaliyalı mütəxəssis oktyabrın 3-də Setubal Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə iştirak edib.

O, doğulduğu şəhərdə bu cür yüksək qiymətləndirildiyi üçün fəxr etdiyini deyib: "Mən Setubala tez-tez gəlirəm. Bu, yeganə şəhərdir ki, özümü sərbəst hiss edirəm. Burda anam yaşayır. Setubala gələndə özümü dünyasını dəyişən atama da yaxın hiss edirəm".

Qeyd edək ki, Joze Mourinyo 1963-cü ildə Setubal şəhərində doğulub.

Digər xəbərlər