Evander Holifild: "Bakıda yüksək qonaqpərvərliklə qarşılandım"

Evander Holifild: "Bakıda yüksək qonaqpərvərliklə qarşılandım"
Digər, Boks
01 Oktyabr 2017 - 19:24
"Bakıya ilk dəfədir səfər edirəm. Burada yüksək qonaqpərvərliklə qarşılandım. Bu, məni çox sevindirir".

Supersport.Az-ın məlumatına görə, Bakıda təşkil olunacaq Ümumdünya Boks Şurasının 55-ci konqresində iştirak edəcək məşhur boksçu Evander Holifild oktyabrin 1-də təşkil olunan mətbuat konfransında belə deyib.

"Səkkiz yaşında çempion olmaq arzusunda idim. O vaxtlar Məhəmməd Əli mənim kumirim idi. Mən arzuma çatdım. Hazırda Ümumdünya Boks Şurasında təmsil olunuram. Bu mənim üçün böyük fəxrdir"- deyə məşhur boksçu vurğulayıb.

Digər xəbərlər