Dünyada nümunəvi məşqçi - 17 milyon 600 mindən imtina edib

Dünyada nümunəvi məşqçi - 17 milyon 600 mindən imtina edib
Futbol
30 Sentyabr 2017 - 19:51
Supersport.Az-ın məlumatına görə, dünyanın məşhur mütəxəssislərindən biri bu məbləğdə kompensasiyadan imtina edib.

Mövsümə uğursuz başlayan "Bayern"in PSJ-yə 0:3 hesabıyla məğlub olmasından sonra istefaya göndərilən Karlo Ançelotti, klubun təzminatını almamaq qərarına gəlib.

İtaliya mətbuatının araşdırmasına əsasən, 58 yaşlı mütəxəssis, çalışmadığı müddətdə ona ümumilikdə ödəniləcək 17 milyon 600 min avro kompensasiyanı, "Haqq etmədiyimi pulu almaram" deyərək istəməyib.

Bir müddət əvvəl Türkiyə Futbol Federasiyası tərəfindən baş məşqçi vəzifəsindən kənarlaşdırılan Fatih Terimin qalan 1 illik müqaviləyə görə, alacağı 3 milyon 500 min avro türk futbolunda böyük müzakirəyə səbəb olub. Hətta bu məbləği ödəməməyə qərar verən TFF-nin məhkəməyə şikayət edəcəyi bildirilirdi.

Digər xəbərlər