Çempionlar Liqasının ikinci turunda “Qarabağ”la səfər oyunu “Roma” üçün mühüm əhəmiyyət kəsb edir.
İtaliya klubu debütantla qarşılaşmada maksimum nəticə qazanaraq pley-off uğrunda şansını artırmaq istəyir.
Supersport.Az-ın məlumatına görə, oyun ərəfəsində “Roma” üçün xoşagəlməz statistik məlumat var. Komanda uzun müddətdir ki, klubların bir nömrəli yarışında səfərdə qələbəyə həsrətdir. “Roma” sonuncu dəfə 3 noyabr 2010-cu ildə səfərdə Totti, Menez və Qrekonun qollarıyla “Bazel”i 3:2 hesabıyla məğlub edib. İtaliya təmsilçisi 10 oyundur qalib gələ bilmir (5 heç-heçə, 5 məğlubiyyət).