"Qarabağ"la ən yaxşı oyunumuzu keçirmədik" - Sesk Fabreqas

"Qarabağ"la ən yaxşı oyunumuzu keçirmədik" - Sesk Fabreqas
Futbol
13 Sentyabr 2017 - 23:43
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup turnirinin ilk turunda "Qarabağ"a 6 qolla qalib gələn "Çelsi"nin futbolçusu Sesk Fabreqas açıqlama verib.

"Çempionlar Liqasından oynamağı uzun müddət idi ki, gözləyirdik. Nəhayət, bu baş verdi. “Yaxşı oynadıq və gözəl nəticə əldə etdik. Qolların qrupun son nəticəsinə necə təsir edəcəyini deyə bilmərik, ona görə də belə davam etməliyik.

Bəzən zəif rəqibə qarşı daha çox hücum etmək istəyərsiniz, bəzən isə yox. Amma bu matçda hamının yaxşı oynadığını düşünürəm. Biz komanda şəklində xoş təsir bağışladıq. Ancaq buna ən yaxşı oyunumuz olduğunu demək olmaz. Biz yavaş-yavaş artırırıq. Ümid edirəm ki, əvvəlcə formamıza qayıdacağıq" - deyə, ispan yarımmüdafiəçi bildirib.

S.Fabregas "Arsenal"la oyuna köklənməli olduqlarını vurğulayıb: "Bu görüş çətin olacaq".

Digər xəbərlər