"Barselona"da forma fiaskosu

"Barselona"da forma fiaskosu
Futbol
20 Avqust 2017 - 20:51
Supersport.Az-ın məlumatına görə, "Barselona"nın Çin klubu "Quanqjou"dan Paulinyonu 40 milyon avroya transfer etməsi ispan komandası azarkeşlərinin etirazına səbəb olub.

"Camp Nou"da mətbuata tanıdılan braziliyalı futbolçunun ilk gündə bir ədəd forması satıldığı bildirilir.

Azarkeşlərin imza mərasimində maraq göstərmədiyi Paulinyo üçün kluba qarşı boykota başladığı və bu səbəbdən forma satışının alınmadığı qeyd olunub.

"Barselona"dan ayrılaraq PSJ-yə keçən braziliyalı Neymarın ilk gün 10 min forması satılmışdı.

Digər xəbərlər