Azərbaycan yeniyetmələrin 14-cü Avropa Olimpiya Festivalında ilk medalını qazandı

Azərbaycan yeniyetmələrin 14-cü Avropa Olimpiya Festivalında ilk medalını qazandı
Digər, Cüdo
26 İyul 2017 - 07:44
Yeniyetmələrin 14-cü Avropa Olimpiya Festivalında Azərbaycan komandası ilk medalını qazanıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Supersport.Az-a verilən məlumata görə, festivalın üçüncü günündə Vüsalə Kərimova qızlar arasında cüdo idman növü üzrə 40 kq çəki dərəcəsində gümüş medala sahib olub.
Yığma komanda 41 idmançıdan ibarətdir ki, onlardan 10-u atletika, 3-ü tennis, 4-ü üzgüçülük, 4-ü gimnastika, 6-sı velosiped və 12-si cüdo, 2-si kanoe idman növlərində mübarizə aparacaq.

Digər xəbərlər