Taekvondo yığmamız şokda: olimpiya çempionu da medalsız qaldı

Taekvondo yığmamız şokda: olimpiya çempionu da medalsız qaldı
Digər, Taekvondo
28 İyun 2017 - 17:58
Supersport.Az-ın məlumatına görə, Cənubi Koreyanın Muju şəhərində davam edən dünya çempionatında mübarizəyə başlayan iki taekvondoçumuz da mükafat qazana bilməyib.

Olimpiya çempionu Radik İsayev (+87 kq) ilk döyüşündə mərakeşli Ayoud Basselə (24:8), ikinci döyüşdə Çin təmsilçisi Jian Tiana qalib gəlib (16:11). Yarımfinala vəsiqə uğrunda qarşılaşmada Qabon taekvondoçu Antoni Obameyə 13:15 hesabı ilə məğlub olan İsayev çempionatda çıxışına son verib.

Ramin Əzizov (-87 kq) da ilk rəqibi Valbek Defaixə (Fransa Polineziya) şans verməyib (15:3). Yassin Trabelsiyə (TUN) qalib gələn Əzizov (10:9) yarımfinal mərhələsi uğrunda döyüşdən Serbiyalı İvan Trajkovicə məğlub olaraq (15:22) yarışı başa vurub.

Sabah kişi taekvondoçularımızdan Məhəmməd Məmmədov (-63 kq), qadınlardan isə Yaprak Eriş (-57 kq) mübarizə aparacaq.

Digər xəbərlər