Dünya çempionatı: iki gündə uğursuzluq

Dünya çempionatı: iki gündə uğursuzluq
Taekvondo
25 İyun 2017 - 13:47



Supersport.Az-ın məlumatına görə, Koreyada keçirilən dünya çempionatının ilk iki günü yığmamız fiaskoya uğrayıb.


Yarışın ilk günü iki təmsilçimiz mübarizəni erkən dayandırıb.

Qadınların turnirində Safiye Polat (-46 kq) ilk rəqibi nigeriyalı Jozefine Esukuya  böyük hesabla (15:6) qalib gəlsə də, növbəti döyüşdə türkiyəli idmançı Rukiye Yıldırıma (5:8) məğlub olaraq yarışı başa vurub.

Kişilər arasında -54 kq çəki dərəcəsində yarışa qatılan Qaşım Maqomedov livanlı Georgies Nakhleyə şans verməyərək (17:1) yaışdan kənarlaşdırıb. İkinci döyüşündə isə rəqib İtaliya təmsilçisi Vita Della Aqulla həmvətənimizdən üstün olub. Qaşım bu qarşılaşmadan 10:20 hesablı məğlubiyyətlə ayrılaraq çempionatda iştirakını dayandırmalı olub.

Çempionatın ikinci günü qadınlardan Patimat Abakarova (-49 kq), kişi taekvondoçulardan isə Sina Bahrami (-74 kq) medallar uğrunda mübarizə aparıb.


 Hər iki idmançımız yarışı erkən başa vurub.

Kişilər arasında -74 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Sina Bahrami hindistanlı Pradeep Dahiya 17:3 hesabıyla qalıb gəlsə də özbək Nikita Rafaloviçə məğlub (5:16) olaraq çempionatda mübarizəni dayandırıb.

Qadın taekvondoçumuz Patimat Abakarova (-49 kq) isə elə ilk döyüşündə məğlub olub. Abakarova - Vanya Stankoviç qarşılaşması rəqibin (4:7) qələbəsiylə başa çatıb.


Üçncü yarış günündə Ayxan Tağızadə (-68 kq) və Fəridə Əzizova (-67 kq) dayanq üzərinə çıxacaq.




Digər xəbərlər