5 bokşçumuzdan 4-ü mübarizəni dayandırdı

5 bokşçumuzdan 4-ü mübarizəni dayandırdı
Digər, Boks
22 İyun 2017 - 16:30
Supersport.Az-ın məlumatına görə, Xarkovda keçirilən kişi boksçular arasında Avropa çempionatında yarımfinalçılar müəyyənləşib.
 Dünən dörddəbir final mərhələsində Azərbaycan yığmasının 5 üzvü qüvvəsini sınayıb və onlardan biri qələbə qazanıb.
Millimizin heyətində ilk olaraq rinqə çıxan Lorenzo Sotomayor (64 kq) polşalı Mateuş Polskiyə məğlub olub – 0:5.
Çempionatda 75 kiloqram çəki dərəcəsində yarışan Kamran Şahsuvarlı Almaniya boksçusu Silvio Şyerleyə 4:1 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində yarımfinala yüksələn idmançımız ən azı bürünc medalı təmin edib. O, iyunun 23-də baş tutacaq yarımfinalda macarıstanlı Zoltan Harcsa ilə qüvvəsini sınayacaq.
Abdulqadir Abdullayev (91 kq) ilk döyüşdəki uğurunu təkrarlaya bilməyib. Boksçumuz dörddəbir finalda İngiltərə təmsilçisi Çeavan Klarka uduzub.
Yarımfinala gedən yolda Pərviz Bağırov (69 kq) da büdrəyib. Ukraynalı Yevgeni Barabanovla qarşılaşan həmvətənimiz görüşdən məğlub ayrılıb – 0:3.
Dörddəbir finalda sonuncu təmsilçimiz Məhəmmədrəsul Məcidov (+91 kq) isə fransalı Kamili Dini Aboudo Moindzeylə bacarmayıb – 2:3.


Qeyd edək ki, dörddəbir finalda mübarizə aparmış 5 boksçumuzun hər biri bu mərhələyə yüksəlməklə dünya çempionatında iştirak hüququ qazanıb.

Digər xəbərlər