Bakıdakı "Formula-1" yarışına böyük maraq

Bakıdakı "Formula-1" yarışına böyük maraq
Digər, Formula-1
20 İyun 2017 - 19:06
Supersport.Az-ın əldə etdiyi məlumata görə, ölkəmizdə ikinci dəfə keçiriləcək "Formula-1" yarışı diqqət mərkəzindədir.

Turnir üçün tribunalar "Azadlıq", "Azneft" meydanları, "Qız qalası" yaxınlığında quraşdırılıb.

Yarışı 28 min biletli tamaşaçı izləyəcək. Azarkeşlərdən 18 mini oturacaqlardan, 10 mini isə ayaqüstə uzləyəcək.

Biletlərin 60 faizi xarici ölkələrə satılıb.

Yarışa ən çox maraq göstərən Rusiya, Böyük Britanya, Ukrayna, Gürcüstan, Avstriya, Finlandiya, ABŞ və Almaniyadır.

Pilotlar bir mərhələdə 6 kilometr məsafə qət edəcək, 20 çətin manesi olan yarışda 51 dövrə vuracaq.

"Formula-1"lə 10 il müqaviləsi olan Azərbaycan bundan sonra 3 mövsüm də dünya çempionatı təqvimində yer alacaq.

 

 

Digər xəbərlər