Azərbaycanlı futbol adamı Türkiyə klubunda

Azərbaycanlı futbol adamı Türkiyə klubunda
Futbol
17 İyun 2017 - 01:56
Supersport.Az-ın məlumatına görə, azərbaycanlı futbol adamı Türkiyədə çalışacaq.

Asim İbrahimov Türkiyənin 1-ci liqa klubu "Adanaspor"un idman direktoru vəzifəsinə təyinatı rəmsiləşib.

Bu barədə klubun saytı məlumat yayıb.

"Adanaspor"un mətbuat katibi Erkin Doygun bu addımın Türkiyənin qardaş ölkə Azərbaycanla idman əlaqələrini daha da gücləndirəcəyinə inandığını bildirib.

Asim İbrahimov əvvəllər ölkəmizdə MOİK, "Qaradağ Lökbatan", "İnter", "Turan" və "Neftçi"də çalışıb. Onun son iş yeri Ukrayna 2-ci liqa təmsilçisi "Podolye" (Xmelnitski) olub.

Xatırladaq ki, "Qarabağ"ın sabiq hücumçusu Reynaldo Silva da da hazırda bu komandada çıxış edir.

Digər xəbərlər