Ramil Quliyev Useyn Boltu keçdi - Video

Ramil Quliyev Useyn Boltu keçdi - Video
Atletika, Digər, Video
15 İyun 2017 - 15:02
Supersport.Az-ın məlumatına görə, Türkiyə vətəndaşlığını qəbul edən azərbaycanlı atlet Ramil Quliyev yeni uğura imza atıb.

27 yaşlı atlet 60-cı dəfə Finlandiyanın Turku şəhərində keçirilən atletika yarışlarında 100 metr məsafəni 10:02 saniyədə qaçıb.

Bununla özünün ən yaxşı dərəcəsini əldə edən Ramil Quliyev 2017-ci ildə məşhur atlet, olimpiya çempionu Useyn Boltu keçən idmançılar arasında yer alıb. Boltun bu il ən yaxşı göstərici isə 10:03 olub.

Qeyd edək ki, R.Quliyev 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edərək Türkiyə bayrağı altında çıxış etməyə başlayıb.


 

Digər xəbərlər