Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Firdovsi Umudovu mükafatlandırdı

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Firdovsi Umudovu mükafatlandırdı
İslamiada-2017, Digər, Güləş
07 İyun 2017 - 02:44
Supersport.Az-ın məlumatına görə, sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Firdovsi Umudov Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin sərəncamı ilə mükafatlandırılıb.

"Sərhədçi" Olimpiya İdman Mərkəzinin rəis müavini olan təcrübəli çalışdırıcıya general-polkovnik "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.

Bu şərəfə o, İslam Oyunlarında pəhləvanlarımızın uğurlu çıxışına əsasən layiq görülüb.

Digər xəbərlər