"Bakı"nın keçmiş baş məşqçisi şok anlar yaşadı

"Bakı"nın keçmiş baş məşqçisi şok anlar yaşadı
Maqazin
04 İyun 2017 - 12:53


Supersport.Az-ın məlumatına görə, "Bakı"nın keçmiş baş məşqçisi şok hadisəylə üzləşib.

"Qalatasaray"ın və Türkiyə milli komandasının əfsanəvi kapitanı Bülənt Qorxmaz Floryadan Zeytinburnu sahilinə gedərkən avtomobiliylə 5 yaşında olan suriyalı uşağı vurub. Uşağı qan içində görən veteran futbolçu, şok anlar keçirib. "Məhv oldum" deyən Qorxmaz, göz yaşlarını saxlaya bilməyib.

"Ambulans" deyə fəryad edən futbolçu, dərhal 112 nömrəsinə zəng edib.

15 dəqiqə sonra gələn həkimlər uşağa ilkin yardım edərək qanın qarşısını alıb və xəstəxanaya aparıb.

Qəzanı görən və kömək etmək istəyən hər kəsə təşəkkür edən Bülənt Qorxmaz, xoş xəbər alan zaman rahat nəfəs alıb. O, suriyalı ailəyə baş çəkərək, uşağın anası və atasına hadisə haqda məlumat verib (Sabah).

 

Digər xəbərlər