"Real Madrid"də rekord mükafat: 60 milyon avro

"Real Madrid"də rekord mükafat: 60 milyon avro
Futbol
04 İyun 2017 - 11:53
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qalibi "Real Madrid"in futbolçularına rekord məbləğdə mükafat verilcək.

Klub prezidenti Florentino Peres, hər oyunçuya 1.5 milyon avro verəcək.

İki dəfə kuboku muzeyinə aparan və son olaraq 1995-96-cı il mövsümündə uğur əldə edən "Yuventus"da hər futbolçuya 350 min avro mükafat ayrılmışdı.

Ancaq italyanlar 2015-də "Barselona"ya finalda məğub olduğu kimi "Real"a uduzmaqdan da qaça bilmədi.

Oyundan əvvəl Madrid klubunun prezidenti Florentino Peres komandaya ümumilikdə 60 milyon avro mükafat söz vermişdi.

Qeyd edək ki, bu mövsüm "Real" həm İspaniya çempionu, həm də ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub.

Digər xəbərlər