Mariya Stadnik: "İslamiadada qalib olsam da, üzərimdə təzyiq, gərginlik vardı" - Video

Mariya Stadnik: "İslamiadada qalib olsam da, üzərimdə təzyiq, gərginlik vardı" - Video
İslamiada-2017, Digər, Güləş
22 May 2017 - 10:59
Supersport.Az-ın məlumatına görə, qadın güləş millimizin aparıcı üzvü Mariya Stadnik (48 kq) belə deyib.

İslamiadanın qalibi bildirib ki, yarış zamanı gərgin olub:

"Yarış mənim üçün rahat keçdi, ancaq psixoloji təzyiq, gərginlik vardı. Evdə İslam Oyunları kimi mötəbər tədbir keçirildiyindən məsuliyyət böyük idi. Azarkeşlər səni dəstəkləyir, onları məyus etmək qəbulolunmazdır".

Çempion pəhləvan finalda türkiyəli rəqibi ilə görüşün asan olduğunu söyləyib:

"Evin Dəmirxana bir müddət əvvəl Serbiyada keçirilən Avropa çempionatında da asan qalib gəlmişdim. Ailəm yanımda olmasa da, onlar televiziya vasitəsi ilə çıxışımı izləyiblər. Qızımın 4 yaşı tamam olur, çox sevinirəm".


 

 

 

Digər xəbərlər