"Qarabağ"a çempionluq kuboku təqdim olundu - Video

"Qarabağ"a çempionluq kuboku təqdim olundu - Video
Futbol, Video
20 May 2017 - 12:53
AFFA-nın təşkil etdiyi U-19 Liqasına yekun vurulub.

XXXIII turda AZAL-la qarşılaşan və 7:0 hesabı ilə qələbə qazanan "Qarabağ" Liqanın qalibi olub. Oyun başa çatdıqdan sonra qalib komandaya qızıl medallar və çempionluq kuboku təqdim edilib.

Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov və "Qarabağ" Futbol Klubunun vitse-prezidenti Tahir Gözəl təqdim ediblər.

Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası yeni mövsümdə ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək.

Digər xəbərlər