"Bayern" "Ginnesin Rekordlar Kitabı"na düşdü

"Bayern" "Ginnesin Rekordlar Kitabı"na düşdü
Maqazin, Futbol
20 May 2017 - 15:17
Supersport.Az-ın məlumatına görə, Almaniya klubu UEFA Çempionlar Liqasında uğurlu çıxışla adını tarixə yazdırıb.

"Bayern" bu yarışda ardıcıl 16 oyunda qələbə qazandığı üçün "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Klubun saytında bu uğurla komandanın rekordlar kitabına düşməyə haqq qazandığı bildirilib.

Çempionlar Liqasında 17 sentyabr 2014-cü ildən 15 fevral 2017-yə qədər doğma divarlar arasında qalib gələn "Bayern" adına mükafatı komanda kapitanı Filip Lam və Tomas Müller alıb. Mövsümün sonunda karyerasını başa vuracaq Lam, belə rekordların nadir hallarda vurulduğunu bildirib.

2015-ci ildə oynadığı bir qarşılaşmada 9 dəqiqədə 5 qol vuran "Bayern" klubunun polyak futbolçusu Robert Levandovski və alman klubunda keçirdiyi 56 matçda məğlubiyyət görməyən Jerme Boatenq daha əvvəl "Ginnesin Rekordlar Kitabı"na adını yazdırıb.

Digər xəbərlər