Türkiyə prezidenti Ərdoğandan azərbaycanlı atletə ikinci qızıl təbriki

Türkiyə prezidenti Ərdoğandan azərbaycanlı atletə ikinci qızıl təbriki
Atletika, İslamiada-2017, Digər
19 May 2017 - 19:46
Supersport.Az-ın məlumatına görə, Bakıda anadan olmuş və hazırda Türkiyəni təmsil edən atlet Ramil Quliyev kişilər arasında yenidən qızıl medal qazanıb. O, 200 metr məsafəni 20.08 saniyəyə qət edib.

Həmvətənimiz bundan əvvəl 100 metrə qaçmada 10.06-ci saniyədə finiş xəttinə 1-ci çatmışdı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni qızıl medal qazanan idmançılara ismarıc göndərib. Ölkə rəhbəri Ramil Quliyevi ikinci dəfə təbrik edib.

Digər xəbərlər