Rəsul Çunayev: “Bürünc medal da dəyərlidir” - Video

Rəsul Çunayev: “Bürünc medal da dəyərlidir” - Video
İslamiada-2017, Eksklüziv, Video
17 May 2017 - 22:06
Supersport.Az-ın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kiloqram) birinci yeri tuta bilməməsinin səbəbini açıqlayıb.

“İranlı rəqibimlə görüşdə son saniyələrdə səhvim nəticəsində məğlub oldum. Bu oyunlara ən yüksək səviyyədə hazırlaşsam da, qismət belə oldu. İranlı Gerayi Məhəmmədəli ilə qarşılaşmada 5:0 hesabı ilə öndə olsam da, sonda səhvi ucbatından 6 xal qazanan rəqib qalib oldu. Buna baxmayaraq, bürünc medal qazandım. Düzdür istərdim ki, qızıl medal əldə edim. Amma mənim üçün hər bir medal dəyərlidir. Qarşıdan isə dünya çempionatı gəlir. İndi çalışıb səhvlərim üzərində işləyəcəm ki, onları təkrarlamayım”.


 

 

Digər xəbərlər