Qadın taekvondoçumuz Patimat Abakarova (49 kq) İslam Oyunlarının qalibi olub.
Azərbaycan idmançısı əvvəlcə Fələstin təmsilçisi Layan Caberi 19:7, yarımfinalda iranlı Şalmei Sudabe Poursadiqini 15:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə Patimat qazaxıstanlı Aynur Yesbergenovaya qalib gəlib. Bununla takvondoçu IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycana ikinci qızıl medalı qazandırıb.