İslamiadanın qalibi: "Hicab mömin qadının zinətidir" - Video

İslamiadanın qalibi: "Hicab mömin qadının zinətidir" - Video
İslamiada-2017, Video
17 May 2017 - 15:05
Supersport.Az İslamiadanın ağırlıqqaldırma yarışının qalibi Anastasiya İbrahimlinin açıqlamasının videogörüntüsünü təqdim edir.

"Yarışa ciddi hazırlaşmışqdıq. 90 faiz qalib gələcəyimə inanırdım. Heç bir idmançı əvvəlcədən 100 faiz qələbəyə söz verə bilməz". İslamı qəbul edən rusiyalı atlet, hicabı böyük dəyər olduğunu bildirib:

"Hicab mömin qadının zinətidir. Rəqabətə hicabla çıxmağıma gəlincə, İslamı qəbul etməklə qərarımı çoxdan vermişəm. Başımı bağlamaq məşqlər və yarışlarda qəti mane olmur. Çox istərdim ki, bütün qadınlar hicabdan istifadə etsin".

Xatırladaq ki, 219 kq (100+119) nəticə göstərən Anastasiya İbrahimli (69 kq) bu çəki dərəcəsində qızıl medala sahib çıxıb. Anastasiya İslam Həmrəyliyi İdman Federasiyalarının tarixində bu çəkidə birdən qaldırma hərəkətində bir, təkanla qaldırma hərəkətində 2, toplamda 2, ümumilikdə isə 5 rekord yeniləyib.


 

Digər xəbərlər