İslamiada: Ruslan Lunyovun üçüncü qızıl medalı

İslamiada: Ruslan Lunyovun üçüncü qızıl medalı
İslamiada-2017, Digər, Foto, Atıcılıq
15 May 2017 - 15:08
Supersport.Az-ın məlumatına görə, Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında üçüncü qızıl medalını qazanıb.

İdmançımız kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəşaçma yarışında 573 xal toplayaraq çempion olub.

Qətər təmsilçisi Əhməd Zayed Əl Səmari (569 xal) ikinci, Türkiyə atıcısı Özgür Varlık (562 xal) üçüncü yeri tutub.

Xatırladaq ki, Azərbaycan yığma komandasına İslamiadada ilk qızıl medalı da Ruslan Lunyov qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında birinci olmuşdu. Ötən gün isə Ruslan Lunyov 25 metr məsafədən tapança ilə sürətli atəşaçma yarışında qızıl medala yiyələnib.

Digər xəbərlər