Parlayan ulduzdan açıqlama: "Çempion olmaqla iş bitmir" - Video

Parlayan ulduzdan açıqlama: "Çempion olmaqla iş bitmir" - Video
İslamiada-2017, Digər, Cüdo, Video
14 May 2017 - 17:38
Supersport.Az IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışının 19 yaşlı qalibi Hidayət Heydərovun açıqlamasını təqdim edir.

Avropa çempionu Heydərov 73 kq çəki dərəcəsində Rio Olimpiadasının gümüş medalçısı, qitə çempionu Rüstəm Orucovu məğlub edib.

"Çempion olacağıma inanırdım. Rəqibim Rüstəm Orucova yaxşı bələdəm. Çox çətin qarşılaşma keçsə də, sevinirəm ki, qalib oldum. Ancaq birinci olmaqla iş bitmir. Daha çox çalışmalı, uğurların sayını artırmalıyam" - deyə, qalib cüdoçu bildirib.


 

 

Digər xəbərlər