İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq qadın güləşçilərimiz / HEYƏT

İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq qadın güləşçilərimiz / HEYƏT
İslamiada-2017, Digər, Güləş
14 May 2017 - 00:16
Supersport.Az xəbər verir ki, Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları 17-21 may 2017-ci il tarixdə Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq.

Yarışların son günündə qadın güləşçiləri mübarizə aparacaq.

Baş məşqçi Semyon Çterev, böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yığmamızın 8 üzvü yarışlarda iştirak edəcək. Heyətdə Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq), Elis Manolova (69 kq) və Səbirə Əliyeva (75 kq) yer alıb.

Digər xəbərlər