Boksçumuz Ərdoğanla rinqdə görüşəcək

Boksçumuz Ərdoğanla rinqdə görüşəcək
İslamiada-2017, Digər
13 May 2017 - 15:21
Supersport.Az-ın məlumatına görə, 75 kiloqram çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvarlı yarışa 1/8 finaldan başlayıb. O, ilk döyüşündə Desmond Amsterdamla (Qayana) üz-üzə gəlib. “Rio-2016”nın bürünc medalçısı rəqibini 5:0 hesabı ilə məğlub edərək, mərhələ adlayıb.

K.Şahsuvarlı 1/4 finalda ilk mərhələdən azad olan türkiyəli İhsan Ərdoğanla qarşılaşacaq. Görüş mayın 16-da baş tutacaq.

 

Digər xəbərlər